Uşaq portalı Rus Rus Hz.Peyğəmbəe(s):“Ey camaat, mən sizin aranızda iki ağır və qiymətli əmanəti yadigar qoyuram! Əgər onlardan yapışsanız, heç vaxt azğınlığa düşməzsiniz: Allahın kitabı və itrətim olan Əhli-beytim!”
Shia.az SonÜmidTv media
sitename


(Ayətullah Cavadi Amulinin əxlaq dərslərindən)
 
“Bu məsələ hamını maraqlandırır. Pərdə arxasında baş verən hər bir şeyə inanırıq. Əlbəttə, bu iş – çox çətin bir işdir.
Qeyb aləmindəkiləri bilmək üçün iki yol vardır. Biri o yoldur ki, insan səy edərək və zəhmət çəkərək özünü pərdəyə yaxınlaşdırar. Pərdənin kənarını qırağa çəkər.
 
İkinci yol isə budur ki, insan gərək davamlı olaraq ayıq olsun və insan çalışar ki, bir anlıq belə olsa, pərdənin arxasında baş verənlərdən xəbərdar olsun. Mühüm olan budur ki, hər kim qeyb xəbərlərindən məlumatlı olar – ona davam gətirməsi çox çətin olar.
 
Bizim hamımızın Həzrət Yusifin (ə) gözəlliyindən xəbərimiz vardır. Belə ki, oxumuşuq ki, Misir qadınları onu görən zaman əllərini kəsmişdilər. Yusifin (ə) üzü elə idi ki, sanki insan, Ayı kağızın üzərində çəkilmiş halda görər. Bu kağız onun həqiqətini nə qədər bizə çatdıra bilər ki?
 
Pərdə arxasında görülənlər də bu cürdür.
Bu dünyadan köçən çox sayda dostlarımız və atalarımız nə bizim yuxumuza gələrlər, nə bizim aləmə diqqət edərlər. Baxmayaraq ki, biz onlar üçün bu qədər “Fatihə” oxuyuruq, sədəqə veririk – onlar elə yerə getmişdilər, bizi yaddan çıxartmışdılar. O yer nə aləmdir?
 
İnsanın pərdənin arxasındakıları görməsi çox çətin bir işdir. Əgər görərsə, bu dünyada qalması çox çətindir. “Nəhcul-bəlağə”də oxuyuruq: “Bir dəstə vardır ki, əgər başqaları onları görsələr, deyərlər ki, ağıllarını itiriblər. Halbuki, diqqətləri burada deyildir. O tərəflə məşğuldurlar”.
 
Bu insanlar deyərlər ki, əgər biz ayıq olsaq, kiçik bir səs eşitsək belə, kifayətdir. Yəni, bilərik ki, rəhmət aləminə gedənlər məhv olmayıblar. Biz də tezliklə onlara qovuşacağıq.
İnsanın axirəti üçün hazır olması öz-özlüyündə yaxşı şeydir”. (Hədənə/Deyerler.org/)


www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))