Uşaq portalı Rus Hz.Peyğəmbəe(s):“Ey camaat, mən sizin aranızda iki ağır və qiymətli əmanəti yadigar qoyuram! Əgər onlardan yapışsanız, heç vaxt azğınlığa düşməzsiniz: Allahın kitabı və itrətim olan Əhli-beytim!”
Shia.az SonÜmidTv media
sitename
Həzrət Peyğəmbər (s) buyurur: “Qiyamət günü Allah bütün insanları topladıqdan sonra carçı car çəkəcəkdir: “Qarşıya çıxsınlar o kəslər ki, gecə yarısında yataqlarından uzaqlaşmışdılar və Allahı çağırırdılar. Qəzəbindən qorxmuş və rəhmətinə ümidvar olmuşdular. Bu zaman bir dəstə qabağa çıxar və hamıdan əvvəl öz yerlərinə daxil olarlar. Onlardan sonra başqa insanların hesabı çəkilər”.
 
Həzrət Peyğəmbər (s) buyurur: “Ən üstün namaz – gecə yarısı qılınan namazdır. Necə də onu yerinə yetirənlər azdırlar!”.
 
Həzrət Rəsuli-Əkrəm (s) buyurur: “Cəbrayil (ə) məni gecə namazı qılmağı o qədər tövsiyə etmişdir ki, güman etdim ki, ümmətimin yaxşıları gecəni yatmırlar, məgər az bir hissəsini”.
 
Həzrət Peyğəmbər (s) buyurur: “Allah Həzrət İbrahimi (ə) dostu seçməmişdir, məgər iki işinə görə:
1. Yoxsullara yemək verməyinə görə.
2. İnsanlar yatan zaman gecə namazı qılmağına görə”.
 
İmam Sadiq (ə) buyurur: “Qiyamət günü bütün gözlər ağlardır, məgər üç gözdən başqa:
1. O göz ki, Allahın haram buyurduğuna göz yumar.
2. O göz ki, Allah itaəti yolunda ayıqlıq çəkmişdir.
3. O göz ki, gecənin yarısında Allah qorxusundan ağlamışdır”. (Beytutə/Deyerler.org/)
 
Allah Təala gözlərimizi Qiyamət günü ağlamayan gözlərdən qərar versin!
 

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))