Uşaq portalı Rus Rus Hz.Peyğəmbəe(s):“Ey camaat, mən sizin aranızda iki ağır və qiymətli əmanəti yadigar qoyuram! Əgər onlardan yapışsanız, heç vaxt azğınlığa düşməzsiniz: Allahın kitabı və itrətim olan Əhli-beytim!”
Shia.az SonÜmidTv media
sitename
Söz gəzdirmək – nalayiq əməl olaraq, dinimizin nəzərinə görə kəbirə günahlardan biridir. Onun həm insanın dünyasına və həm də axirətinə pis təsirləri vardır.
 
O cümlədən:
1. Düşmənçiliyə və münaqişəyə səbəb olar.
 
2. Allahla düşmən olmağa səbəb olar. Həzrət Peyğəmbər (s) buyurur: “Sizin Allah yanında ən düşmən olanınız – söz gəzdirənlərinizdir”.
 
3. Duası qəbul olmaz. Nəql edilir ki, Bəni-İsrayilə qəhətlik üz verir və Həzrət Musa (ə) yağışın yağmasına görə çoxlu dua edir, ancaq duası qəbul olmur. Onun səbəbini soruşanda Allah buyurur ki, sizin aranızda söz gəzdirən vardır. Ona görə də yağış yağmır. Ona görə də Həzrət Musa (ə) Bəni-İsrayili toplayır və cəm halında tövbə etdirir. Bu zaman yağış yağmağa başlayır.
 
4. Qəbir əzabı. Peyğəmbər (s) buyurur: “Hər kim söz gəzdirmək üçün addım atarsa, Allah onun qəbrində atəşi ona hakim edər ki, Qiyamət gününə qədər yanar”.
 
5. Behişt onun üçün haram olar. İmam Baqir (ə) buyurur: “Behişt söz gəzdirənlər üçün haramdır”. (Beytutə/Deyerler.org/)
 

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))