Uşaq portalı Rus Rus Hz.Peyğəmbəe(s):“Ey camaat, mən sizin aranızda iki ağır və qiymətli əmanəti yadigar qoyuram! Əgər onlardan yapışsanız, heç vaxt azğınlığa düşməzsiniz: Allahın kitabı və itrətim olan Əhli-beytim!”
Shia.az SonÜmidTv media
» » » ZARAFATİN MƏNФİ TƏSİR QOYDUĞU HAQDA NƏQL OLUNMUŞ RƏVAYƏTLƏR
Русская версия сайта Русская версия сайта
sitename


ZARAFATİN MƏNФİ TƏSİR QOYDUĞU   HAQDA NƏQL OLUNMUŞ RƏVAYƏTLƏR

Həzrət Peyğəmbər (s) Əli (ə)-a tövsiyə edərək buyurur: «Ey Əli! Zarafat etmə ki, bununla öz dəyərini itirmiş olarsan. Yalan danışma ki, bununla iman nurun aradan getmiş olar».[1]

Həzrət Əli (ə) buyurur: «Yalan və zarafatı, həmçinin haqlı olsa belə, mübahisəni tərk etməyincə insan xalis imana nail ola bilmir».

«Zarafat öz arxasınca kin-küdurət gətirir.[2] 

«Hər şeyin bir kökü vardır. Ədavət və düşmənçiliyin də kökü zarafatdır».

«Heybət və vüqara xələl gətirən şey zarafatdır».

«İnsаn zarafat etməklə kiçilir».[3]

İmаm Sadiq (ə) buyurur: «Zarafat etməyin ki, camaat da cürət edib sizə qarşı hörmətsizlik etməsin».

İmаm Sadiq (ə) buyurur: «Zarafat etməkdən çəkinin. Çünki zarafat kişilərin mənlik və şəxsiyyətinə xələl gətirir».

İmаm Sadiq (ə) öz səhabələrindən birinə nəsihət verərək buyurmuşdur: «Hər şeydən əvvəl sənə təqvalı olmağı və zarafat etməkdən çəkinməyi tövsiyə edirəm. Çünki zarafat şəxsiyyətinə xələl gətirir».

Nəql olunmuş rəvayətlərdən belə bir nəticəyə gəlmək olаr ki, zarafat islam nöqteyi-nəzərindən nisbi (yəni, zaman və məkan baxımından heç də sabit olmayan) bir rəftar tərzidir.

Bir sözlə, islam möminlərə bütün ömürlərini zarafat və deyib-gülməklə keçirmələrini, habelə başqalarının könlünü almaq xatirinə görülən bütün işləri qətiyyətlə pisləyir və eyni zamanda yaşadığı cəmiyyətdə ünsiyyətdə olduğu şəxslərlə səmimi rəftar etmələrini və onlarla gülər üzlə davranmağı tövsiyə edir.Yəni, zarafat edərkən ifrata varmamalı və xoşagəlməz sözlər deməklə başqalarının qəlblərini qırmamalıdır. Bütün bunlarla yanaşı, haqdan uzaq düşərək yalan və iftiraya da yol verməməlidir.

Buradan artıq, eyni məzmunda nəql olunmuş rəvayətlərin iki hissəyə bölündüyü məlum olur. Onlardan birində ifrata varıldıqda zarafatın verdiyi mənfi nəticələr, digərində isə həddi aşmadan səmimiyyətin artması üçün edilən münasib zarafatlar nəzərdə tutulur. Peyğəmbər (s) bu haqda buyurur: «Çox zarafat etmək insanın şəxsiyyətinə xələl gətirir».

Əli (ə) buyurur: «Çox zarafat etmək insanın şəxsiyyət və dəyərini aşağı salır».

«Çox zarafat etmək insanın şəxsiyyətinə xələl gətirməklə yanaşı düşmənçiliyə də səbəb olur».

«Çox zarafat edən şəxsin vüqar və əzəməti azalar».

Deməli, insanların təqva və şəxsiyyətinə xələl gətirməyəcəyi təqdirdə dostluq və səmimiyyətin artması üçün zarafat etməyin heç bir irad və nöqsanı yoxdur.

Peyğəmbər (s) və məsum imamların (ə) həyat və sünnəsi bizlərə onların hansı şəraitdə, necə və kimlərlə zarafat etdikləri haqda kifayət qədər məlumatlar əldə etməyə imkan verir. Dərsin əvvəlində Peyğəmbərdən (s) nəql olunmuş bir hədis qeyd etmişdik. Orada deyilirdi: «Mən zarafat edirəm, lakin həqiqətdən başqa bir şey söyləmirəm».

Peyğəmbərin (s) zarafat etməsi haqda nəql olunmuş rəvayətlərin bir neçəsinə diqqət yetirin:

«Bir gün bir ağbirçək qadın Peyğəmbərin (s) yanına gəlir. Peyğəmbər (s) onu görçək buyurur: Qoca qadınlar cənnətə getməyəcəklər. Qadın bunu eşitcək ağlamağa başlayır. Peyğəmbər (s) gülümsəyərək buyurur: Sən cənnətə daxil olarkən qoca olmayacaqsan. (Peyğəmbər (s) bunu demək istəmişdir ki, cənnət əhli эənc yaşlarında olacaqlar.) Sonra o həzrət bu ayəni oxudu:

«Şübhəsiz ki, Biz cənnət qadınlarını başqа cür [yeni bir yaradılışla] yaradacağıq!

Onları bakirə qızlar [kimi] yaradacağıq».[4]

Başqa bir rəvayətdə deyilir:

«Ümmi Əymən adlı bir qadın Peyğəmbərin (s) yanına gəlib deyir: Ərimin sizinlə işi vardır. Peyğəmbər (s) soruşur: Sənin ərin gözündə ağ olan həmin şəxsdirmi? (Ümmi Əymən belə güman edir ki, Peyğəmbər (s) göz xəstəliyi olan mirvari suyunu deyir.) Bunun üçün də deyir: Xeyr! And olsun Allaha onun gözündə ağlıq yoxdur. Peyğəmbər (s) bir daha buyurur: Amma onun gözündə ağlıq vardır.

Ümmi Əymən deyir: Xeyr! And olsun Allaha!

Peyğəmbər (s) təbəssüm edərək buyurur:

Elə bir insan yoxdur ki, gözünün ağı olmasın.»

Digər bir rəvayətdə deyilir:«Bir çöl ərəbi vaxtaşırı Peyğəmbərin (s) yanına gələr və onun üçün hədiyyələr gətirərdi. Lakin Peyğəmbərdən (s) gətirdiyi hədiyyələrin pulunu istəyərdi. Həmin şəxs hər dəfə hədiyyələrin pulunu istəyəndə Peyğəmbəri (s) gülmək tutardı. Bunun üçün də qəmgin olduğu vaxt buyurardı: Kaş, həmin çöl ərəbi bir də gələydi.»

Başqa bir əhvalatda deyilir: «Bir şəxs Peyğəmbərdən (s) onu dəvəyə mindirməsini xahiş edir. Peyğəmbər (s) buyurur: Mən səni dəvənin balasına mindirəcəyəm. Həmin şəxs təəccüblə deyir: Dəvə balasının ki, mənə gücü çatmaz. Peyğəmbər (s) buyurur: Hər bir dəvə başqa bir dəvənin balası deyilmi?»

Bu hədislər və məsum imamların etdikləri zarafatlar haqda nəql olunmuş rəvayətlərin məzmununa nəzər saldıqda bu həqiqətin şahidi oluruq ki, onların etdikləri zarafatlar olduqca qısa və məhdud olmuş və orada yalan, qeybət və iftiraya yol verilməmişdir.

[1] Biharul-ənvar, 77-ci cild, 3-cü fəsil, 10-cu hədis.

[2] Biharul-ənvar, 77-ci cild, 8-ci fəsil, 1-ci hədis.

[3] Biharul-ənvar, 77-ci cild,  səh. 237

[4] Vaqiə 35-36.

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))