Uşaq portalı Rus Hz.Peyğəmbəe(s):“Ey camaat, mən sizin aranızda iki ağır və qiymətli əmanəti yadigar qoyuram! Əgər onlardan yapışsanız, heç vaxt azğınlığa düşməzsiniz: Allahın kitabı və itrətim olan Əhli-beytim!”
Shia.az SonÜmidTv media
sitename
Təqvanın tərifi və mənası

  Təqva qoruyub saxlamaq mənasında olan "viqayə" kökündən alınmışdır. Təqva, yəni "özünü saxlamaq" və nəfsi nəzarət altına almaq. 

  Təqva mənfi və inkar bildirən bir is deyil, insana müsbət sifət və toxunulmazlıq verən bir xüsusiyyətdir. Təqva insanın şəriət qanunları və göstərişlərinə itaət etməklə əlaqədar vəfalı qalmasıdır. 

 Hər günahın tərk edilməsinə təqva deyilmir. Əksinə, təqva insanda günahın tərk edilməsi, nəfsin nəzarətə alınması ilə əlaqədar səciyyənin yaranmasidır. 

 Təqva ən yaxşı axirət azuqəsi və ehtiyatıdır. Bu da mənfi deyil, müsbət bir işdir.

 Əmirəlmöminin Əli əleyhissalam buyurur:

"Həqiqətən təqva sizin üçün bir sığınacaq və qalxan, eləcə də sabah (qiyamət günü) üçün cənnətə doğru olan aşkar bir yoldur ki, onu keçənlər fayda əldə edərlər, onu əmanət alanlara mühafizəçi olar."

 Nəhcül-bəlağə 191-ci xütbə

Əmirəlmöminin Əli əleyhissalam başqa bir hədisdə buyurur:

"Ey Allah bəndələri, agah olun (və bilin) ki, təqva möhkəm bir sığınacaqdır. Günah və təqvasızlıq isə təməlsiz bir evdir ki, sakinlərini saxlamaz və ona sığınanları qoruya bilməz. Bilin ki, təqva ilə günahların zəhərləri və tikanları kəsilir."

 Nəhcül-bəlağə 157-ci xütbə

 Yenə Əmirəlmöminin Əli əleyhissalam buyurur:

"Ey Allah bəndələri! Həqiqətən təqva Allah övliyalarını günahdan elə saxlayır və Allahdan qorxunu onların qəlblərində elə qərarlaşdırır ki, gecələri ibadət etmək və Allahla minacat üçün oyaq qalır, gündüzləri oruc tuturlar."

  Nəhcül-bəlağə 114-cü xütbə

:copyright:axlaq
www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))