Zərər qorxusu ilə hamilə və südverən qadının orucu
Zərər qorxusu ilə hamilə və südverən qadının orucu
Sual 13: Bir qadın iki il ardıcıl olaraq ramazan aylarında hamilə olub və həmin vaxtlarda oruc tutmağa gücü olmayıb. Hal-hazırda isə oruc tutmaq gücü var, bu halda hökmü nədir? Cəm kəffarə verməlidir, yoxsa, təkcə qəzalarını yerinə yetirməlidir? Orucun qəzalarını təxirə salmasının hökmü nədir?
Cavab: Əgər şəriətdə nəzərdə tutulmuş üzr səbəbindən ramazan ayının orucunu tutmayıbsa, təkcə qəzası vacibdir. Əgər oruc tutmamasından üzrü bətnindəki körpəyə və ya (südəmər) uşağına zərər gələcəyindən qorxduğuna görədirsə, qəzasından əlavə hər gün üçün fidyə olaraq bir müdd (750 qram) təam verməlidir. Əgər üzrü özünə zərər gələcəyindən qorxduğuna görədirsə, bunun hökmü zərər qorxusunun digər bəndlərindəki kimidir. Belə ki, bu qorxu növbəti ilin ramazan ayına kimi davam edərsə, qəzası boynundan düşür və təkcə fidyə (bir müdd = 750 qram təam) verməlidir
Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!
Həmçinin baxın