Shia.az SonUmidTv media
sitename


"
Əla" surəsi

Rəhman və Rəhim Allahın adı ilə!

1. Uca Rəbbinin adına təriflər de!

2. O Allah ki, yaradıb nizama saldı;

3. O Allah ki, ölçü verib doğru yola yönəltdi,

4. O Allah ki, otlağı cücərdib,

5. sonra da qurudub qaraltdı.

6. Biz tezliklə sənə (Quranı) oxuyacağıq və sən də əsla unutmayacaqsan.

7. (Əlbəttə,) Allahın istədiyindən başqa. Çünki O, aşkarı da, gizlini də bilir.

8. Biz səni hər bir xeyirli işi görməyə müvəffəq edərik.

9. Əgər xatırlatma fayda versə, xatırlat!

10. Tezliklə Allahdan qorxanlar xatırlayacaq.

11. İnsanların ən bədbəxti isə ondan uzaq duracaq.

12. O kəs ki, böyük oda daxil olacaq,

13. O, orada nə öləcək, nə də yaşayacaqdır.

14. Həqiqətən, günahlardan təmizlənən şəxs uğur qazanmışdır.

15. (O şəxs ki,) Rəbbinin adını yad edib sonra namaz qılmışdır.

-----------------------------------------------------------------------------------


“Əla” surəsinin ümumi məzmunu: Bu surə iki hissədən ibarətdir: 1. Allah Peyğəmbərə (s) xitab edir, ona Allaha təriflər deməsi, peyğəmbərlik missiyasını yerinə yetirməsi ilə bağlı göstərişlər verir, Özünə xas olan yeddi xüsusiyyəti sadalayır. 2. Təvazökar möminlərdən, bədbəxt kafirlərdən danışır, bu iki zümrənin xoşbəxtlik və bədbəxtlik amillərini qısa şəkildə bəyan edir.[5]

6. Allahın ayələrini unutmaqdan ehtiyatlanmaq: Allah-taala bu ayədə Peyğəmbərə (s) vəd verir ki, o, Allahın lürf və mərhəməti sayəsində Allahın vəhyini əsla unutmayacaq. Çünki insanların doğru yola yönəlməsi üçün bu ayələri nazil edən Allah Özü də onların qoruyucusudur. O, bu ayələri Peyğəmbərin (s) köksündə sabit saxlayır, onlaırn unudulmasına imkan vermir. Bu, Peyğəmbərin (s) möcüzələrindən biridir ki, Cəbrayılın bir oxunuşu ilə uzun surələrin ayələrini yaddaşına həkk edir, həmişəlik yadında saxlayır və heç nəyi unutmur.[6]

7. Allahın istədiyindən başqa: Əslində, bu o demək deyil ki, Peyğəmbər (s) nəyisə unudurmuş. Əgər belə olsaydı, ona qarşı inam tamamilə itərdi. Sadəcə, Allah-taala burada başa salmaq istəyir ki, ayələrin qorunması Allahın lütf etdiyi bir nemətdir. Allah istədiyi an onu Peyğəmbərdən (s) ala bilər. Bu ayə eynilə Cənnət sakinlərinin əbədi həyatından bəhs edən “Hud” surəsinin 108-ci ayəsinə bənzəyir. Həmin ayədə belə buyurulmuşdur: “Xoşbəxtlərə gəldikdə isə, onlar Cənnətdə əbədi qalacaqlar. Onlar - Rəbbinin dilədiyi istisna olmaqla - göylər və yer durduqca orada əbədi qalacaqlar.” Şübhəsiz ki, Cənnət sakinləri Cənnətdən heç vaxt çıxmayacaqlar. Nəzər nöqtəsi olan ayədə də vəziyyət eynidir. Bu cümlədə Allahın qüdrət və iradəsinin hakimiyyətinə, həm başlanğıcda, həm də sonda bütün əlaqələrin Onun istəyindən asılı olduğuna işarə edilmişdir. Bunu təsdiq edən faktlardan biri insanların bəzi xatirələri qoruyub saxlaması, bəzilərini isə yaddan çıxarmasıdır. Buna görə də burada Quranın bütün ayələri və hökmləri nəzərdə tutulmuşdur.[7]

16. Xeyr, siz dünya həyatını üstün tutursunuz;

17. Halbuki axirət daha yaxşı və daha davamlıdır.

18. Bu, əvvəlki səmavi kitablarda bildirilmişdir –

19. İbrahimin və Musanın kitablarında.

16-17. Axirət daha yaxşı və daha davamlıdır: Şübhəsiz ki, Quranın sorğu-sualı möminlərə tam aydındır. Bəs necə olur ki, mömin bir adam bəzən bildiklərini ayaqları altına qoyub günaha yol verir? Bunun səbəbi dünya sevgisindən qaynaqlanan nəfsi istəklərin insana qalib gəlməsidir. Dünyaya sevgi – var-dövlət və vəzifə sevgisi, cinsi ehtiraslar, özünü başqalarından üstün tutmağa çalışmaq, yalnız qarına qulluq etmək, intiqam düşkünlüyü və sair insanın ruhunda elə bir tufan yaradır ki, o, bütün məlumatlarını, bildiklərini unudur, hətta aydınlaşdırma hissini də əlindən alır, nəticədə, dünya həyatını axirət həyatından üstün tutur. Hədislərdə dünya sevgisinin bütün günahların mənbəyi hesab edilməsi bir həqiqətdir. Özümüz və başqalarının həyatında bunun dəfələrlə şahidi olmuşuq. Buna görə də günahın kökünü kəsmək üçün dünya sevgisini qəlbdən çıxarmaqdan başqa çarə yoxdur. Dünyaya bir keçid vasitəsi, körpü və ya bir əkin sahəsi kimi baxmaq lazımdır. Dünyanın ləzzətinə qovuşmaq və Allahın razılığını qazanmaq kimi iki yol ayrıcında dayandıqda dünyasevərlərin ikinci yolu seçməsi mümkün deyil. Əgər müharibələrin, qan tökülmələrinin, hətta qardaşlar arsında olan çəkişmələrin səbəblərinə diqqət yetirsək, onların hamısında dünya sevgisinin izlərini görə bilərik. Bəs biz hamımız dünyanın övladları və dünya bizim anamız olduğu, anaya qarşı sevgi də təbii bir hal olduğu halda, dünya sevgisini qəlbimizdən necə çıxara bilərik? Bunun üçün fikir, mədəniyyət və etiqad məsələləri ilə bağlı maariflənməyə, daha sonra nəfsin təmizlənməsinə ehtiyac var. Din yolunda addımlayanlara bu sahədə kömək edəcək ən uğurlu vasitələrdən biri dünyapərəstlərin aqibətinə baxmaqdır. Tarixə nəzər saldıqda böyük qüdrət sahiblərinin həyat dəftərinin necə darmadağın olduğunu, bir gün qüdrət taxtından düşüb saray və sərvətdən qaçdıqlarını görürük. Bu bizim üçün böyük bir dərs, müəllim və nəsihətçidir.8


[1] Nümunə, c.26, əsh.356

[2] Nümunə, c.26, əsh.360

[3] Əl-Mizan, c.20, səh.293

[4] Nümunə, c.4, səh.374

[5] Nümunə, c.4, səh.380

[6] Nümunə, c.4, səh.393

[7] Nümunə, c.26, səh.394; Əl-Mizan, c.20, səh.300

[8] Nümunə, c.26, səh.406

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))