Shia.az SonUmidTv media
» » Təhrif əfsanəsi Fəslul-xitaba rəddiyyə yazan şiə alimləri
Русская версия сайта Русская версия сайта
sitename

Təhrif əfsanəsi Fəslul-xitaba rəddiyyə yazan şiə alimləri 
Hacı Mirza Hüseyn Nuri Qurandan bəzi ayələrin çıxarılması iddiasını “subuta” yetirmək üçün “Fəslul-xitab fi təhrifi kitabı Rəbbil-ərbab“ kitabını yazandan dərhal sonra bütün şiə alimlərinin kəskin etirazı və əks reaksiyası ilə qarşılaşdı. Beləki , həm onun muasiri olmuş ,həm də ondan sonraki şiə alimləri ona rəddiyyələr yazaraq fikirlərini və “dəlillərini” batil etdilər. Bundan əlavə şiə toplumu da öz növbəsində “Fəslul-xitab” kitabının bütün nüsxələrini məhv edərək aradan apardılar. Hacı Nuri gördüyü bu işdən peşman oldu. Onun tələbəsi Ağabozorg Tehrani “əz-Zəriə əsərində ustadı Hacı Nurinin bu kitabı yazdığına görə peşman olduğunu şəxsən öz dilindən eşitdiyini yazır.
İndi isə şiənin Qurani-Kərimin təhrifsizliyinə verdiyi önəm aydın olsun deyə Hacı Nurinin “Fəslul –xitab” kitabına yazdıqları rəddiyyələrin bir neçəsini sizlərə təqdim edirik:
1- Kəşfül-irtiyab ən təhrifil-kitab, Şeyx Mahmud Tehrani
2- Kəşful-irtiyab fi ədəmi təhrifi kitabi Rəbbil -ərbab, Mərib Tehrani (1313 h.q)
3-Hifzul-kitabiş-şərif ən şübhətil-qavli bit-təhrif. Seyyid Huseyn Şəhristani (1315 h.q)
4-Tənzihul-Tənzil. Əlirza Həkim Xosrovani (çap tarixi:1374 h.q)
5- Əl-huccətu əla fəslil- xitab fi ibtali  əl-qavli bitəhrifil- kitab. Əbdurrəhman Muhəmmədi  (çap 1372 h.q)
6- Əl-Burhan əla ədəmi təhrifil-Quran. Mirza Məhdi Borucerdi (çap:1374 h.q)
7-Alaur-Rəhim fi əl-rəddi əla təhrifil-Quran. Mirzə Əbdur-Rəhman Mudərris Xiyabani (çap: 1381 h.q)
8- Siyanətul-Quran minət-təhrif. Muhəmməd Hadi Mərifət (çap:1416 h.q)
9- Əl-Quranu-Kərim fi rivayatil-mədrəsəteyn. Seyyid Mürtəza Əsgəri (çap:1420 g.q)
10- Ukzubətu Təhrifil –Qurani beynəş-şiəti vəs-sünnə. Rəsul Cəfəri (çap:1416 h.q)
11- Alaur-Rəhman Fi Təfsiril-Quran. Şeyx Cavad Bəlaği 
12- Əl-Bəyan fi Təfsiril-Quran. Seyyid Əbulqasim Xoyi 
13-Əfsanəyi-Təhrif Məhdəvi Fəxr Kermani
14- Ət-təhqiq fi nəfyit-təhrif. Seyyid Əli Huseyni Milani
15- Həqaiqu hammə havləl-Quranil-Kərim. Seyyid Cəfər Murtəza Amyuli
16- Səlamətul-Quran minət-təhrif. Muhəmmədi
Qeyd olunmalıdır ki, bu əsərlər bu mövzuda yazılmış kitabların sadəcə bir hissəsidir.
Sualımız şiələrə təhrif iftirasını yaxan qərəzli firqəyədir:
Görəsən, nə alimi, nə də cahili tərəfindən qəbul olunmayan bircə “Fəslul-Xitab” əsəri şiənin Quranla bağlı baxışının göstəricisidir yoxsa onu inkar edən bu çox saylı əsərlər?!
Yazılandan dərhal sonra varlığını itrmiş “Fəslul-Xitabı” görur, sevə-sevə ondan danşırsınız, lakin onun əleyhinə yazılmlş və hal hazırda da əlimizdə olan onlarla əsəri görmürsünüz?!
Bəlkə təəsubkeşlik, nifrət, kin-küdurət pərdələri görməyinizə mane olur?!
Öz vicdanınıza müraciət edin, bu insafdandırmı?! 
Ey İman Gətiriənlər, həmişə Allaha görə möhkəm və mətin dayanın və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə duşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır.Təqvalı olun!Həqiqətən Allah etdiklərinizdən xəbərdardır. Maidə 8
Ardı var...
Hacı Samir Ağayev
www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))