Shia.az SonUmidTv media
sitename


Həzrət Zeynəb (s.ə) başına gələcək o ağrılı hadisələri kiçik yaşlarında yuxuda görür və onun təfsirini Həzrət Peyğəmbərdən (s) istəyir.
Tarix bu hadisəni belə təsvir edir: “Peyğəmbərin (s) dünyadan köçmək günləri yaxınlaşırdı və Zeynəb (s.ə) Peyğəmbərin (s) yanına gəlir və Həzrətlə (s) söhbət edir.
Deyir: “Ey Allahın Rəsulu! Dünən gecə yuxuda gördüm ki, şidddətli külək əsir ki, onun təsirindən dünya zülmətə bürünür. Mən o küləyin şiddətindən o tərəfə və bu tərəfə düşürəm.
O zamana qədər ki, böyük bir ağaca pənah aparıram. Ancaq külək onu da kökündən çıxardır və mən yerə düşürəm.
İkinci dəfə o ağacın başqa budağına pənah aparıram, ancaq o da davam gətirmir.
Üçüncü dəfə başqa budağa pənah aparıram və o budaq da küləyin şiddətindən qırılır.
Bu zaman bir-birinə birləşmiş iki budağa pənah aparıram və anidən o iki budaq da sınır.
Mən yuxudan ayılıram”.
Həzrət Rəsuli-Əkrəm (s) bu yuxunu eşidən zaman çox ağlayır və buyurur: “O ağac ki, ilk dəfə ona pənah aparmışdın – sənin cəddindir ki, tezliklə dünyadan gedəcəkdir.
Sonrakı iki budaq – atan və anandır ki, onlar da dünyadan gedəcəklər.
Bir-birinə birləşmiş o iki budaq – iki qardaşın Həsən (ə) və Hüseyndir (ə) ki, onların müsibəti ilə dünya zülmətə bürünəcəkdir”. (Beytutə/Deyerler.org/)

Allah, Allah…
www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))