Shia.az SonUmidTv media
sitename
Ay tutulmasına görə vacib ayət namazı qılınmalıdır
Ay tutulmasına görə vacib ayət namazı qılınmalıdır
Bu gecə ilin ilk Ay tutulması baş verəcək

İlin ilk Ay tutulması yanvarın 10-dan 11-nə keçən gecə baş verəcək və yarımkölgəli olduğundan adi gözlə görmək çətin olacaq.

Səma hadisəsi Bakı vaxtı ilə saat 21:08-də başlayacaq və saat 01:12-də sona çatacaq. Tutulma maksimum olaraq saat 23:11-də baş verəcək və Avropa, Asiya, Afrika, Avstraliyada müşahidə etmək mümkün olacaq.

Tutulmanın maksimum fazasında Ay adi bədirlənmiş (dolu) aydan bir az tünd görünəcək. Ay tutulması Azərbaycanda da müşahidə olunacaq.

Ayət namazı 2 rükətdir, hər rükətdə 5 rüku var.

Ayət namazının bir neçə qılınma üsulu var. Onlardan ən sadəsi – hər rükuda 1 dəfə "Həmd” ("Fatihə”) surəsini oxumaq, sonra hansısa surəni 5 yerə bölməklə qılmaq üsuludur. Bölünən surəni ayələrə bölmək vacib deyil. Bir ayəni bir neçə hissəyə bölmək də olar. Aşağıda misal olaraq, "İxlas” surəsinin bölünməsi ilə qılınma qaydasını təqdim edirik.
 
Niyyət müəyyən edilir. Sonra təkbir ("Əllahu əkbər”) deyilir. "Həmd” surəsi oxunur. Sonra deyilir: "Bismilləhir-Rahmənir-Rahim. Qul huvəllahu əhəd”. Sonra rükuya gedilir (1-ci rüku).

Rükudan qalxıb, deyilir: "Əllahus-saməd”. Sonra rükuya gedilir (2-ci rüku).

Rükudan qalxıb, deyilir: "Ləm yəlid”. Sonra rükuya gedilir (3-cü rüku).

Rükudan qalxıb, deyilir: "və ləm yuləd”. Sonra rükuya gedilir (4-cü rüku).

Rükudan qalxıb, deyilir: "Və ləm yəkul-ləhu kufuvən əhəd”. Sonra rükuya gedilir (5-ci rüku).

Sonra səcdəyə gedilir, hər namazdakı kimi, 2 səcdə yerinə yetirilərək, 2-ci rükəti qılmaq üçün ayağa qalxılır.

2-ci rükət də eynilə birinci kimi qılınır. 5 rükudan sonra 2 səcdə yerinə yetirilir, sonra təşəhhüd və salam verilərək, namaz bitirilir.

Gündəlik namazlarda müstəhəb olan şeylər, ayət namazında da müstəhəbdir.
www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))