Düşüncə, fikir, təfəkkür

Düşüncə, fikir, təfəkkür
İmam Əli (ə) buyurmuşdur:
ألاَ لاَ خَيْرَ في علْمٍ لَيْسَ فِيهِ تَفَهُّمٌ
ألاَ لاَ خَيْرَ في قَرَائَةٍ لَيْسَ فِيْها تَدَبُّرٌ
ألاَ لاَ خَيْرَ في عِبادَةٍ لَيْسَ فِيْها تَفَكُّرٌ
“Agah olun, düşüncəsiz elm faydasızdır!”
“Bilin ki, təfəkkürsüz oxunan Quran faydasızdır!”
“Ayıq olun, düşünmədən edilən ibadət xeyir verməz!”
Qısa izah
İnsanın həyat tərzi ilə dünyagörüşü və sağlam düşüncəsi arasında uyğunluq olmadığı zamana qədər, beyni elmi formullar, məntiq qaydaları və fəlsəfi nəzərlərlə yükləmək olduqca əhəmiyyətsizdir. Quranın şərif ayələri oxunulan və ibadət edilən zamanlarda diqqət və təfəkkür olmazsa, onun ruh və həyatımıza təsir və faydası həddən artıq az olacaqdır. Belə isə, elmi düşüncə ilə mənimsəyib Quran ayələrini təfəkkürlə oxuyaq ki, bu yolla düşüncə əsasında yerinə yetirdiyimiz ibadətlərin dəyərli təsirini özümüzdə müşahidə edə bilək.
Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!