Shia.az SonUmidTv media
sitename

On yeddinci dərs

Vəqf

Hər bir insan şifahi nitqdə və ya yazılı bir mətni oxuduqda nəfəsini təzələmək üçün öz sözünü kəsir,yenidən söhbət və ya oxumağını davam etdirməyə məcbur olur.

Nəfəsin təzələnməsi və qiraətin davam etdirilməsi məqsədi ilə nitqin dayandırılmasına«وقف» “vəqf” deyilir.

Vəqf barəsində iki məsələ araşdırılır:

a) «Vəqf etmək üçün münasib yerin seçilməsi»; Bu barədə gələn bəhslərdə danışılacaq.

b) «Kəlmələrin axırında vəqf etmək qaydası». Bu dərsdə məhz bu barədə söhbət açacağıq.

Kəlmələrin axırında vəqf etmək qaydası

1. Dəyişilməyən vəqf:Kəlmənin axırında sakin və ya mədd hərflərindən biri olarsa, vəqf zamanı onda heç bir dəyişiklik aparılmır və olduğu kimi saxlanılır.

Məsələn:

قُمْ فَأَنْذِرْ – فَانْطَلَقَا – وَدْخُلِى جَنَّتِى – وَتُسْرِفُوا

2. İskan vəqfi: İskan, yə`ni sakin etmək. Kəlmənin axırıncı hərfihərəkəli, tənvin kəsrə və ya tənvin zəmmə olarsa, vəqf zamanı sakin edilir.

Məsələn:

هُدًى لِّلْمُتَّقِينَyazılır, vəqf edilən zamanهُدًى لِّلْمُتَّقِينْoxunur.

عَاقِبَةُمُورِyazılır, vəqf edilən zamanعَاقِبَةُمُورْoxunur.

إِيَّاكَ نَسْتَعِينُyazılır, vəqf edilən zamanإِيَّاكَ نَسْتَعِينْoxunur.

حَظٍّ عَظِيمٍyazılır, vəqf edilən zamanحَظٍّ عَظِيمْoxunur.

وَحُورٌعِينٌyazılır, vəqf edilən zamanوَحُورٌ عِينْoxunur.

Mətləblər:

1-Kəlmənin axırıncı hərfi təşdidli olduqda, vəqf edilən zaman hərəkəsi atılmalı və sakin olunmalıdır. Qeyd etmək lazımdır ki, həmin hərfin təşdidi saxlanılmaqla yanaşı, şiddətlə də tələffüz edilməlidir.

Məsələn:

حَمْلَهُنَّyazılır,vəqfzamanıisəحَمْلَهُنّْoxunur.

يَوْمَئِذٍلْمُسْتَقَرُّyazılır,vəqfzamanıisəيَوْمَئِذٍلْمُسْتَقَرّْoxunur.

2-Kəlmənin axırıncı hərfi fəthəli“واو”, ondan əvvəlki hərf isə zəmməli«ـُوَ» olarsa, vəqfedilənzaman bu “واو” hərfi sakin olar. Nəticədə həmin hərf «vəv məddi» surətində oxunar. «Mədd hərfləri» dərsində öyrəndiyimiz kimi, özündən əvvəl zəmməli hərf olan sakin “واو” hərfi «vəv məddi» hesab olunur.

Məsələn:

هُوَ  yazılır, vəqf zamanı isə هُو  oxunur.

Kəlmənin axırıncı hərfi fəthəli “ياء”, ondan əvvəlki hərf isə kəsrəli«ـِىَ» olduqda, vəqfedilənzaman həmin hərf sakin olur və “yəməddi” surətində oxunur. «Mədd hərfləri» dərsində öyrəndiyimiz kimi, sakin “ياء”–dən əvvəl kəsrəli hərf gəldikdə «yəməddi» hesab olunur.

Məsələn:

هِىَ  yazılır, vəqf zamanı isə هِى  oxunur.

Qeyd:Bə`zi kəlmələrin axırında özündən qabaqkı hərf zəmməli olan təşdidli «واو», eləcə də axırında özündən qabaqkı hərf kəsrəli olan təşdidli «ياء» hərfi ilə rastlaşırıq (عَدُوٍّ،  نَبِىٍّ). Diqqət yetirmək lazımdır ki, vəqf zamanı bu hərflərin təşdidinin oxunması (عَدُوّْ،  نَبِىّْ) vacibdir.

عَدُوٍّ،  نَبِىٍّ  yazılır,  عَدُوّْ،  نَبِىّْ  oxunur.

عَدُوٍّ،  نَبِىٍّ  yazılır,  عَدُوْ،  نَبِىْ  oxunmur.

3. İbdal vəqfi:İbdal sözü lüğətdə çevirmək mə`nasını daşıyır. Burada isə kəlmənin axırında gələn bir hərf və ya işarənin digər bir hərf və ya əlamətə çevrilməsinə deyilir.

İbdal vəqfi aşağıda göstərilən iki şəkildə olur:

a) Kəlmənin axırıncı hərfi “girdə ta” «ة ـة» olarsa, vəqf zamanı sakin “ha” «هْ ـهْ» hərfinəçevrilər.

Məsələn:

  yazılır,vəqf zamanı isə  oxunur.

فِىلْحَافِرَةِ  yazılır, vəqf zamanı isəفِىلْحَافِرَهْoxunur.

وَقَعَتِلْوَاقِعَةُ  yazılır, vəqf zamanı isə وَقَعَتِلْوَاقِعَهْoxunur.

دَكَّةً وَاحِدَةً  yazılır, vəqf zamanı isə دَكََّةً وَاحِدَهْoxunur.

نَخْلٍ خَاوِيَةٍ  yazılır, vəqf zamanı isə نَخْلٍ خَاوِيَهْoxunur.

عَلَيْهِم مُّؤْصَدَةٌ  yazılır, vəqf zamanı isə عَلَيْهِم مُّؤْصَدَهْoxunur.

b) Kəlmənin axırıncı hərfi tənvin fəthəli olarsa, vəqf zamanı tənvin atılır və bu hərf mədd hərfinə çevrilir.

Məsələn:

أَعْنَابًاyazılır, vəqf zamanı isə أَعْنَابَاoxunur.

هُدًىyazılır, vəqf zamanı isə  oxunur.

عِشَآءًyazılır, vəqf zamanı isə  oxunur.

Hərəkə ilə vəqfvəsükunla vəsl

Vəqf iki şərtlə düzgün hesab olunur:

1. Nitqin dayandırılması nəfəsi təzələmək və qiraəti davam etdirmək məqsədi ilə olmalıdır;

2. Üzərində vəqf olunacaq axırıncı hərf sakin edilməlidir.[1]

Nitqin dayandırılması nəfəsin təzələnməsi məqsədilə olarsa, və həmçinin kəlmənin axırıncı hərfi sakin edilməzsə, «hərəkəli vəqf» sayılar və bu da düzgün deyildir.

Kəlmənin axırıncı hərfi sakin edilərsə, amma nitqin dayandırılmasına riayət edilməzsə, «sükunla vəsl» sayılar ki, bu da düzgün deyildir.

Namazın qiraətində bu iki mətləbə əməl etmək vacibdir. Әməliyyə risalələrində bu haqda danışılmışdır.

Әməliyyə risaləsinin 1004-cü məsələsində buyurulur: Ehtiyat müstəhəbbi odur ki, namazda «hərəkəli vəqf» və «sükunla vəsl»ə yol verilməsin.

Sual və tapşırıqlar:

1. Vəqfin tə`rifini deyin və kəlmənin axırında vəqf etməyin qaydasını izah edin?

2. «Hərəkəli vəqf» və «sükunla vəsl» nə deməkdir?

3. «عبس» və «غاشيه» surələrini oxuyun və ayələrin axırının vəqfini və onun qaydalarını aydınlaşdırın.

4. «زلزلة» surəsini «Osman-Taha» xətti ilə yazılmış Qur`anın üzündən əvvəldən axıradək dəftərinizə köçürün.


[1]-“Sakin etmək” dedikdə müəllifin nəzəri — Kəlmələrin axırında vəqf etmək qaydasına riayət etməkdir. (tərc.)

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))