Shia.az SonUmidTv media
sitename

Nəql olunur ki, Rəhmətlik İmam (r) təxminən 40 yaşı olan zaman İmam Rzanın (ə) hərəmində Noxudəki ağa ilə qarşılaşır. Ona xitab edərək deyir: “Sizi bu İmam Rzaya (ə) and verirəm. Kimya elmini bizə də öyrədin”.
Mərhum Noxudəki ağa buyurur: “O zaman ki, mən kimya elmini sənə öyrətsəm, söz verirsənmi ki, bu elmi yerində istifadə edəcəksən? Onu harada gəldi istifadə etməyəcəksən?”.
Rəhmətlik İmam  (r) təvazökarcasına buyurur: “Xeyr. Sizə bu cür söz verə bilmərəm”.
Şeyx buyurur: “Onda o şey ki, sizə ziyan gətirə bilər, niyə onu öyrənmək üçün bu qədər təkid edirsiniz? İndi ki, kimya elmini öyrənə bilmirsiniz, mən ondan da üstününü sizə öyrədəcəyəm:
- “Ayətül-kürsü”nü 1 dəfə oxuyursunuz.
- Sonra Xanım Zəhranın (s.ə) təsbihini edirsiniz.
- Sonra 3 dəfə “Tövhid” (“İxlas”) surəsini oxuyursunuz.
- Sonra 3 dəfə salavat deyirsiniz.
- Sonra 3 dəfə bu ayəni oxuyursunuz:

وَمَنْ یَتَّقِ اللَّهَ یَجْعَلْ لَهُ مَخْرَجًا وَیَرْزُقْهُ مِنْ
حَیْثُ لا یَحْتَسِبُ وَمَنْ یَتَوَکَّلْ عَلَى اللَّهِ فَهُوَ حَسْبُهُ
إِنَّ اللَّهَ بَالِغُ أَمْرِهِ قَدْ جَعَلَ اللَّهُ لِکُلِّ شَیْءٍ
قَدْرًا  

“Və mən yəttəqilləhə yəc’əlləhu məxracə. Və yərzuqhu min həysu lə yəhtəsibu və mən yətəvəkkəl ’ələllahi fəhuvə həsbuhu innəllahə bəliğu əmrihi qəd cə'ələllahu likulli şəyin qədra”.
(“Təlaq” surəsi, ayə 2-3)
“Hər kim İlahi təqvaya riayət edərsə, Allah onun üçün yolları açar. Ona güman etmədiyi yerdən ruzi verər.
Hər kim Allaha təvəkkül edərsə, Allah ona kifayət edər.
Allah hər bir şey üçün ölçü qərar vermişdir”. (Beytutə/Deyerler.org/)
 
www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))