Uşaq portalı Rus Rus Hz.Peyğəmbəe(s):“Ey camaat, mən sizin aranızda iki ağır və qiymətli əmanəti yadigar qoyuram! Əgər onlardan yapışsanız, heç vaxt azğınlığa düşməzsiniz: Allahın kitabı və itrətim olan Əhli-beytim!”
Shia.az SonÜmidTv media
sitename
Ayətullah Müctehidi Tehrani (r):
Ramazan ayının iyirminci gününün duası:

"İlahi, cənnətin qapılarını üzümə aç"

Burda "ilahi behiştin qapılarını üzümə aç"-dan məqsəd Allahın bizim ömür boyu etdiyimiz günahları bağışlaması və xeyirli əməllərimizi çoxaltmaq tovfiqatını verməsidir. Çünki insan günahkar olarsa və xeyirli əməllərdən uzaq olarsa, cənnətə daxil ola bilməz. Cənnətin qapılarını üzümə aç duasından məqsəd, yəni elə ömür sürüm ki, cənnətin qapısından içəri girə bilim.

"Cəhənnəm qapılarını üzümə bağla"

Allah Quranda buyurur ki, "Məgər bilmirlərmi ki, Allaha və Onun Peyğəmbərinə qarşı çıxanı içində əbədi qalacağı cəhənnəm atəşi gözləyir". Bu ayədən belə anlayırıq ki, etdiyimiz duadan məqsəd bizim həyatımızda Allaha və Rəsuluna(s) qarşı çıxmamağı istəməkdir. Çünki insan Allah və Rəsuluna(s) itaət edərsə, axirətdə nicat tapmışlardan olar.  

"Quran oxumağa məni müvəffəq et"

İmam Baqir(ə) buyurur ki, hər bir şeyin baharı var və Quranın baharı Ramazan ayıdır. Çalışaq bu ayda və digər aylarda çoxlu Quran oxuyaq. Hz.Rəsuləllah(s) buyurur ki, yəhudi və xristianlar kimi olmayın ki, öz müqəddəs kitablarını ancaq öz ibadətxanalarında oxuyurlar. Öz evlərinizi Quran oxumaqla işıqlandırın və evlərinizi qəbirstanlıq kimi sükut yeri qərar verməyin. Odur ki, Allahı and veririk ki, bizə bu ayda Quran oxumağı lütf eləsin. 

"Ey möminlərin qəlblərini sakitləşdirib aram edən"

Allah möminlərin qəlblərini aramlaşdırar. Ona təvəkkül edənlərin, onunla birlikdə olanların qəlbləri rahat olar. Biz də Allaha and verərək etdiyimiz duaların qəbul olunmasını istəyirik.

P.S Ayətullah Müctehidi Tehrani(r) gündəlik duaları zöhr və əsr namazının arasında qısa təfsir edib və bu təfsir diktofonla yazılıb. Təəssüflər olsun ki, iyirminci günün duasının təfsiri yoxdur. Yalnız qısa şəkildə internetdə bir neçə cümlə ilə dedikləri qeydə alınıb. Ona görə bu günün duasının təfsiri çox qısadır. İltiması dua
Tural Cəfəri
www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))