Uşaq portalı Rus Rus Hz.Peyğəmbəe(s):“Ey camaat, mən sizin aranızda iki ağır və qiymətli əmanəti yadigar qoyuram! Əgər onlardan yapışsanız, heç vaxt azğınlığa düşməzsiniz: Allahın kitabı və itrətim olan Əhli-beytim!”
Shia.az SonÜmidTv media
sitename
Ayətullah Müctehidi Tehrani (r):


Ramazan ayının on doqquzuncu gününün duasının təfsiri:


"İlahi, bu günün bərəkəti ilə məni bəhrələndir!"


Allahdan istəyirik ki, bu ayın bərəkətindən payımızı çox etsin. Bəs bu ayın bərəkəti nədir? Bu ayın bərəkəti Quran oxumaq, dua oxumaq və s. Əbu Həmzə Sumali duasını oxuyun. Ərəb dilini bilməyənlər Quranın və Məfatihin tərcüməsini oxusunlar. Görün nə dualar, nə sözlər var:
"İlahi, qəbrin qaranlığına görə ağlayıram. İlahi, qəbrin sıxıntısına görə ağlayıram".
İnsanın ömrünün sonu qəbirdir. Hədis buyurur:
 Qəbir gecə-gündüz 5 kəlmə ilə fəryad edib bizi səsləyər: 
1. Mən sənin yeganə evinəm. Bura öz dostunla gəl. Yəni Quran oxumaqla. 
2. Mən qaranlıq evəm. Bura öz çırağınla gəl. Yəni gecə namazları ilə. 
3. Mən torpaqlı evəm. Bura xalça ilə gəl. Yəni saleh əməllərlə. 
4. Mən zəhərli ilan, əqrəblərlə dolu bir evəm. Bura zəhərə qarşı dərmanla gəl. Yəni kəlmeyi şəhadətlə. 
5. Mən kasıb evəm. Bura öz xəzinən ilə gəl. Yəni sədəqə ilə. 
Ayıq olaq. Qəbrin bizə səsləyişini eşidək. Amma biz dünyaya məst olmuşuq. Elə bil heç ölməyəcəyik. Yenə deyirəm Ramazan ayının gecələrindən, səhərlərindən çoxlu istifadə edin. Yemək yeyib yatıb obaşdana durmayın. Səhərləri də ibadətlə keçirin. Yenə təkrar edirəm. Fərqi yoxdur oruc tutmusunuz yaxud üzrlü səbəbdən tuta bilməmisiniz. Ramazan ayından istifadə etməsəniz, daha nə Ramazan ayı oldu ki?! Daha sonra dua edirik ki


"Xeyirli əməllərə yolumu asanlaşdır"


Ramazan aylnda nə qədər xeyirli işlər görmək olar.  İftar vermək olar. İmkansızlara əl tutmaq olar. Yetimlərə kömək etmək olar. Həzrət Əli (ə) buyurur:
 "Xeyirli işlərin ən yaxşısı yetimlərə kömək etməkdir"
Allah-Təala Qurani-Kərimdə öz bəndələrinə buyurur ki, 
"Xeyirli işlərdə bir-birinizlə yarışın" Mümkündür insan ömrünün hər hansı bir hissəsində yaxşılıq etmək istəyər, ama digər hissəsində bu fikirdən dönər. Yaxud yaxşı işi görməyə ömrü kifayət etməz. Ona görə də Allah buyurur ki, xeyirli işlərdə tələsin. Mümkündür gələn Ramazan ayı bizə qismət olmasın. Bəs nə qədər ki, sağıq və Ramazan ayını yaşayırıq bu fürsətləri əldən verməyək. Ailələr var neçə vaxtdır ət alıb yeyə bilmirlər. Soraqlaşıb tapıb, ət alıb aparın onlara. Çalışın, elə imkansızları tapasınız ki, abır edib heç kəsdən heç nə istəmirlər. Küçələrdə, maşınların arasında dilənənləri yox. Mən elələrini ehtiyacı olan kimi görmürəm. Mənə əgər pul versələr ki, imkansızlara apar ver. Heç vaxt onlara vermərəm. Axtarıb həya edib istəməyə üzləri olmayanları taparam. 
Rəvayətdə var ki, bir nəfər məsum İmamın (ə) qınağına tuş gəldi.  İmam onu danladı ki, niyə qonşuların ac yatır? Dedi ki, xəbərim olmayıb. İmam (ə) buyurdu: Elə  xəbərin olmadığına görə qınayıram. Əgər xəbərin olub yardım eləməmiş olsaydın kafir olardın. 
Hədisdə buyurulur ki, özü tox yata, amma qonşusu ac qala, müsəlman sayılmır. İmkanınız varsa, fəqirləri axtarıb tapın. Təkcə namaz və dua ilə iş düzəlmir. Bəziləri elə bilir çoxlu namaz qılıb dua etməklə cənnətə gedəcəklər. Əsla. Fəqirləri soraqlaşıb yardım edin. Daha sonra Allahdan istəyirik ki


"Bu ayın yaxşılıqlarını qəbul etməkdən məni məhrum etmə!"


Oruc tuturuq, Quran oxuyuruq, dua oxuyuruq və s. Bunların hamısının savabı və xeyri var. Amma bir əməllə onlar aradan gedə bilər. Məsələn, qeybət eləsəm 40 günün ibadəti əldən gedər.
Ona görə də kimsə sizin qeybətinizi eləsə gərək ona göz aydınlığı verəsiniz. Çünki 40 gün ərzində nə yaxşı iş görsə sizin əməl dəftərinizə yazılacaq. "Cameus səadat"-da var ki, bir nəfərin qeybətini eləmişdilər. Qeybəti olunan şəxs qeybət edən şəxsə hədiyyə aparıb təşəkkür etmişdi. Yalan danışmaqla, kiməsə sui-zənn etməklə, naməhrəmə baxmaqla etdiyimiz savablar əldən gedər. Allahdan gərək hər gün istəyək ki, əməllərimizi qəbul eləsin. Elə olmasın ki, gördüyümüz xeyirli işlər bir günahla aradan getsin. Sonda Allahı and veririk ki,


"Ey həqiqi yolun hidayətçisi"


Sən ki bizi həqiqi olan dininə hidayət etmisən, etdiyimiz bu duaları bizdən qəbul elə.
Tural Cəfəri
www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))