Shia.az SonUmidTv media
» » » İmam Həsən Əskəri (ə) övladının imamlığını sübut edibmi?
Русская версия сайта Русская версия сайта
sitename

Həzrət bu istiqamətdə bir sıra işləri həyata keçirdi:
1. Təlimat və bəyanat – Musa ibn Cəfər ibn Vəhəb Bаğdadi deyir: “İmam Əskəridәn (ə) belə eşitdim: “Sanki canişinimlə bağlı ixtilaf edəcəyinizi görürəm. Agah olun! Hər kəs peyğəmbərdən sonrakı imamları qəbul edib mənim övladımı inkar etsə, bütün peyğəmbərləri qəbul edib Həzrət Muhəmmədi (s) inkar etmiş kimidir...”[1]
Əhməd ibn İshaq deyir: “İmam Həsən Əskəridәn (ә) belə eşitdim: “Həmd olsun mən dünyadan köçməmiş canişinimi tanıtdıran Allaha!”[2]
Mövludundan üç gün sonra atası imam Əskəri (ə) Həzrət Mehdini (ə.f) səhabələrinə təqdim edib buyurdu: “Bu övladım məndən sonra sizin imamınız və mənim xəlifəmdir. Xalq bu qaimin intizarını çəkəcək...”[3]
2. Yaxın adamlara Həzrət Mehdinin (ə.f) göstərilməsi – Əhməd ibn İshaq ibn Səd Əşəri deyir: “Canişini haqqında soruşmaq üçün İmam Əskərinin (ə) yanına getdim. Həzrət öncə belə buyurdu: “Ey Əhməd ibn İshaq! Allah Adəmdən başlamış Qiyamət gününədək yer üzünü heç vaxt höccətsiz qoymaz. Höccət vasitəsilə yer üzündən bəla götürülər, onun vasitəsi ilə yağış yağar, yer bərəkətə çatar.” Ərz etdim: “Ey Peyğəmbər övladı! Sizdən sonra imam və xəlifə kimdir?” Həzrət dərhal qalxdı və o biri otağa daxil oldu. Çox keçməmiş çiynində ay parçası tək işıq saçan, təqribən üç yaşlı bir körpə bayıra çıxdı və buyurdu: Ey Əhməd ibn İshaq! Əgər Allah və Onun höccəti yanında kəramətin olmasaydı, bu övladı sənə göstərməzdim...”[4]
Şeyx Səduq Əbu Ğanim Xadimdən belə nəql edir: Allah İmam Əskəriyə (ə) bir övlad əta etdi və buyurdu ki, onun adı Muhəmməd qoyulsun. İmam mövluddan üç gün sonra onu səhabələrinə göstərib buyurdu: “Bu, sizin sahibiniz və imamınız, məndən sonra xəlifənizdir...”[5]
Müaviyə ibn Həkim, Məhəmməd ibn Əyyub ibn Nuh, Məhəmməd ibn Osman Əmri deyirlər: “Biz qırx nəfərlə birlikdə İmam Əskərinin (ə) mənzilində idik. Həzrət öz övladını bizə göstərib buyurdu: “Bu, məndən sonra sizin imamınız və xəlifənizdir. Ona itaət edin və məndən sonra parçalanmayın, yoxsa həlak olacaqsınız. Bilin ki, bundan sonra onu görməyəcəksiniz...”[6] ImamZaman.az
Yəqub ibn Mənquş deyir: İmam Əskərinin (ə) yanında olduğum vaxt qapısından pərdə asılmış otağı görüb soruşdum: “Ey mənim ağam! Sizdən sonra imam kimdir?” Buyurdu: “Pərdəni kənara çək.” Pərdəni kənara çəkdim və xüsusi səciyyələrə malik bir körpə gördüm. O yaxınlaşıb İmam Əskərinin (ə) qucağında oturdu. Həzrət buyurdu: “Bu, məndən sonra sizin sahibiniz, imamınızdır...”[7] [8]
 



[1] Bihar, h. 51, səh.160
[2] Kəmalud-din, səh.408; Bihar, c.51, səh.161
[3] Kəmalud-din, səh.431
[4] Kəmalud-din, səh.431
[5] Kəmalud-din, səh.431
[6] Kəmalud-din, səh.435
[7] Həmin mənbə, səh.436-437
[8] Əliəsğər Rizvani, Məhdəviyyətlə bağlı şübhələrə cavab
www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))