Shia.az SonUmidTv media
» » » On birinci İmamımız Həzrət Həsən Əsgəri (ə) hicrətin 232-ci ilində anadan olmuşdur
Русская версия сайта Русская версия сайта
sitename

 

 

On birinci İmamımız Həzrət Həsən Əsgəri (ə) hicrətin 232-ci ilində anadan olmuşdur

Atası onuncu İmam Həzrət Əliyyən-Nəqi (ə), anası isə Hüdeysə (bəzi mənbələrdə Süsən) adlı təqvalı bir xanım idi (hansı ki, bu təqvalı xanım oğlunun On birinci İmamımız Həzrət Həsən Əsgəri (ə) hicrətin 232-ci ilində anadan olmuşdurşəhadətindən sonra o cür böhranlı bir vəziyyətdə Əhlibeytsevərlərin pənahgahı-na çevrilmişdi).

O Həzrətin digər məşhur ləqəblərindən Nəqi, Zəki, künyəsi isə Əbu Məhəmməd olmuşdur. İmam 22 yaşında ikən imamətə yetişmiş, 28 yaşında isə şəhid olmuşdur.

   

    Siyasi-ictimai vəziyyət

   

    Abbasi xəlifələri İmamlara qarşı əllərindən gələn bütün təzyiqləri həyata keçirirdilər və bu İmam Cavad (ə), İmam Əliyyən-Nəqi (ə) və İmam Həsən Əsgərinin (ə) Samirrada olduğu dövrdə özünün son həd-dinə çatır. Beləliklə hər üç İmam cavan yaşlarında ikən şəhadət şərbətini içirlər: İmam Cavad (ə) 25, İmam Əliyyən-Nəqi (ə) 41, İmam Həsən Əsgəri (ə) isə 28 yaşında. Lakin İmam Həsən Əsgəriyə (ə) özündən qa-baqkı iki İmamdan daha çox təzyiq olunub. Bunun isə iki səbəbi var:
   
    - İmam Həsən Əsgərinin dövründə Əhlibeytsevərlər İraqda böyük bir qüdrətə sahib idilər.
   
    - Abbasilər sülaləsi və onların davamçıları bir çox rəvayətlərə əsasən bilirdilər ki, bütün azğın höku-mətləri tar-mar edəcək vəd edilmiş Mehdi (əc) İmam Həsən Əsgərinin (ə) nəslindən olacaq. Buna görə də, daim İmam Həsən Əsgərini (ə) təqib edirdilər ki, oğlunu ələ keçirib öldürsünlər.
   
    Qeybi məlumatlardan geniş şəkildə istifadə
   
    Məlumdur ki, İmamlar Allahla əlaqədə olmaları sayəsində qeybi məlumatlardan bəhrələnmiş, İsla-mın əsası, yaxud ümmətin ali məsləhətləri təhlükə ilə üzləşdiyi zaman bu məlumatlardan bir növ hidayət va-sitəsi kimi istifadə etmişlər. İmam Həsən Əsgərinin (ə) həyatı ilə tanışlıqda isə məlum olur ki, digər İmam-lara nisbətən qeybi məlumatlardan daha çox bəhrələnib. Səbəbi İmam Həsən Əsgəri (ə) və atası İmam Əliy-yən-Nəqinin (ə) düşdüyü vəziyyətin çətinliyi olmuşdur. Çünki Əliyyən-Nəqi (ə) məcburi şəkildə Samirraya köçdükdən sonra daim ciddi nəzarət altında idi və oğlu Həsən Əsgərini (ə) özündən sonrakı İmam kimi ta-nıtdırmağa fürsət tapmamışdı. Digər tərəfdən də, həmin işi həyata keçirmək onu hökumət qarşısında ciddi təhlükə ilə üzləşdirirdi. Məhz buna görə də, Həsən Əsgərini (ə) sonrakı İmam kimi tanıtdırıb onun üçün be-yət almaq məsələsi Əliyyən-Nəqinin (ə) ömrünün son aylarında həll olunmuşdu. Bəzi tarixçilərin fikrincə, müxtəlif dairələrdə Həsən Əsgərinin deyil, qardaşı Məhəmməd ibn Əlinin elə atasının dövründə İmam olma-sına əsassız meyl vardı. Ancaq Əliyyən-Nəqi (ə) bu fikrə qarşı mübarizə aparır və onlarda oğlu Həsən Əsgə-rinin (ə) İmamlığına dair inam yaratmağa çalışırdı. İmam Nəqinin şəhadətindən sonra da İbn Mahəviyyə ki-mi bəzi xainlər bu əqidəni bayraq edərək camaatı Həsən Əsgərinin İmam olması fikrindən yayındırırdılar. Buna görə bəziləri İmamı yoxlamaq fikrinə düşür, digərləri isə bu barədə Onunla məktublaşırdılar. Şəkk-şübhələr o dərəcəyə çatmışdı ki, İmam Həsən Əsgəri (ə) bu barədə şiələrə yazdığı cavabda ürək ağrısı ilə bu-yururdu: "Ata-babalarımdan heç birinin İmaməti şiələrin mənim İmamətim məsələsində şəkk etdikləri kimi şəkkə düçar olmamışdır."
   
    İmam bu şəkk-şübhələri aradan qaldırmaq, eləcə də, öz dostlarını təhlükədən qurtarmaq, arxayınlaş-dırmaq və azğınları düz yola yönəltmək məqsədilə məcbur olurdu ki, həqiqət üzərindən pərdələri kənara çə-kib qeyb aləmindən xəbər versin. Əbu Haşim Cəfəri deyir: "Hər dəfə Həsən Əsgərinin (ə) yanına gedəndə onda İmamətə dair yeni bir nişanə müşahidə edirdim".
   
    İmam əleyhissəlamın bu sahədəki mövqeyi məlum olduqdan sonra Həzrətin gələcək hadisələr barədə qabaqcadan verdiyi məlumatların bir neçəsini oxucuların nəzərinə çatdırırıq:
   
    İmam Həsən Əsgərinin (ə) ən yaxın və səmimi dostlarından olan Məhəmməd ibn Əli Səməri deyir: "İmam Əsgəri (ə) bir məktub vasitəsilə mənə bildirdi ki, sizə bir bəla üz verəcək. Özünüzü gözləyin!" Üç gündən sonra Bəni Haşim qəbiləsi arasında ixtilaf yarandı. İmama məktub yazdım ki, dediyiniz bəla budur-mu? İmam cavab yazdı ki, xeyr, bu, o deyil, özünüzü gözləyin! Bir neçə gündən sonra isə xəlifə Mötəzz öl-dürüldü."
   
    Əbu Haşim Cəfəri yazır: "Mən zindanda idim. Vəziyyətimin ağırlığından İmam Həsən Əsgəriyə (ə) şikayət etdim. İmam məktubla bildirdi ki, bu gün günorta namazını öz evində qılacaqsan. Çox çəkmədi ki, zindandan azad olub namazı öz evimdə qıldım.
   
    Məhəmməd ibn Əyyaş deyir: "Bir neçə nəfər yığışıb İmam Həsən Əskərinin (ə) fəzilətləri barədə söhbət edirdik. Bir nəfər nasibi (Əhli-beytin düşmənlərindən) dedi: "Mən ona mürəkkəbsiz bir məktub yaza-cağam. Əgər məktubuma cavab yazsa, onun haqq olduğunu qəbul edərəm." Hərə öz məsələləri barədə yazdı, nasibi də bir vərəq üzərinə mürəkkəbsiz nə isə yazıb İmama göndərdi. İmam Əsgəri (ə) cavablarımızı gön-dərdi, nasibinin məktubunun üzərinə isə onun özünün və atasının adını yazdı. Nasibi bunu gördükdə huşunu itirdi. Sonra İmamın haqq olduğunu qəbul edib şiələrə qoşuldu.

 

www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
İmam Əliyyən-Nəqinin (ə) təvəllüdü
İmam Əliyyən-Nəqinin (ə) təvəllüdü
İmam Həsən Müctəba (ə)
İmam Həsən Müctəba (ə)
Nərciz Xatun (s.ə) nə zaman dünyasını dəyişmişdir?
Nərciz Xatun (s.ə) nə zaman dünyasını dəyişmişdir?
İmam Əliyyən-Nəqinin (ə) həyatı
İmam Əliyyən-Nəqinin (ə) həyatı
Evində 20 il həbsdə olan mübariz İmam (ə)
Evində 20 il həbsdə olan mübariz İmam (ə)
İmam Əliyyən-Nəqinin (ə) şəhadəti
İmam Əliyyən-Nəqinin (ə) şəhadəti
İMAM HADİNİN (Ə) FİKRİ-SİYASİ TARİXİ
İMAM HADİNİN (Ə) FİKRİ-SİYASİ TARİXİ
İmam Əliyyən-Nəqinin (İmam Hadinin (ə)) mövlud günüdür
İmam Əliyyən-Nəqinin (İmam Hadinin (ə)) mövlud günüdür
Bu gün İmam Həsənin (ə) mövlud günüdür
Bu gün İmam Həsənin (ə) mövlud günüdür
İmam Həsənin (ə) həyatı
İmam Həsənin (ə) həyatı
Heç zaman qocalmayacaq İmamın (ə.f) mövludu mübarək!
Heç zaman qocalmayacaq İmamın (ə.f) mövludu mübarək!
12 imamın Allah tərəfindən seçilməsinə inam
12 imamın Allah tərəfindən seçilməsinə inam
Xoşagəlməz gün olurmu? – İmam Hadidən (ə) mübarək aydınlatma
Xoşagəlməz gün olurmu? – İmam Hadidən (ə) mübarək aydınlatma
Bu gün İmam Əliyyən-Nəqinin (ə) şəhadət günüdür
Bu gün İmam Əliyyən-Nəqinin (ə) şəhadət günüdür
Rəcəb ayının 2-ci günü
Rəcəb ayının 2-ci günü
Həzrət İmam Həsən Əsgəri (əleyhissəlam) gecə namazını qılmağı xüsusilə sifariş edir
Həzrət İmam Həsən Əsgəri (əleyhissəlam) gecə namazını qılmağı xüsusilə sifariş edir
Əhməd ibn əl-Həsən əl-Yəmani adı ilə məşhur yalançı və fırıldaqçı
Əhməd ibn əl-Həsən əl-Yəmani adı ilə məşhur yalançı və fırıldaqçı
1 aprel - 3 rəcəb - İmam Hadinin (ə) şəhadəti
1 aprel - 3 rəcəb - İmam Hadinin (ə) şəhadəti
Quran gecəsi _ İmam Həsən Əskəri (ə)-ın mövludu 08012017
Quran gecəsi _ İmam Həsən Əskəri (ə)-ın mövludu 08012017
İmam Həsən Əsgəri (ə) keşişin yağış sirrini necə aşkar etdi
İmam Həsən Əsgəri (ə) keşişin yağış sirrini necə aşkar etdi
Vilayətin 11-ci günəşi İmam Həsən Əsgəri (ə)-ın həyatına bir baxış
Vilayətin 11-ci günəşi İmam Həsən Əsgəri (ə)-ın həyatına bir baxış
İmam Həsən Əskərinin (ə) yeddicəhətli fəaliyyəti
İmam Həsən Əskərinin (ə) yeddicəhətli fəaliyyəti
Bu gün İmam Həsən Әsgərinin (ə) şəhadəti günüdür
Bu gün İmam Həsən Әsgərinin (ə) şəhadəti günüdür
Quran gecəsi _ Həzrət Peyğəmbər (s), İmam Həsən (ə) və İmam Rza (ə)-ın şəhadəti 2811201
Quran gecəsi _ Həzrət Peyğəmbər (s), İmam Həsən (ə) və İmam Rza (ə)-ın şəhadəti 2811201
İMAM HADİNİN (Ə) HƏYATI
İMAM HADİNİN (Ə) HƏYATI
Hacı Rəşad Imam Həsən Əsgəri (ə) mövludu
Hacı Rəşad Imam Həsən Əsgəri (ə) mövludu
12 İmamın adı
12 İmamın adı
Quran gecəsi _ (İmam Həsən Əskəri (ə)-ın şəhadəti) 19122015
Quran gecəsi _ (İmam Həsən Əskəri (ə)-ın şəhadəti) 19122015
Bu gün İmam Həsən Әsgərinin (ə) şəhadəti günüdür
Bu gün İmam Həsən Әsgərinin (ə) şəhadəti günüdür
Hacı Samir Hz. Peyğəmbər (s) və İmam Həsən (ə)-in şəhadəti
Hacı Samir Hz. Peyğəmbər (s) və İmam Həsən (ə)-in şəhadəti
Quran gecəsi _ (İmam Əliyyən-Nəqi (ə)-ın mövludu) [27.09.2015]
Quran gecəsi _ (İmam Əliyyən-Nəqi (ə)-ın mövludu) [27.09.2015]
İMAM MƏHƏMMƏD BAQİR ƏLEYHİSSƏLAMIN HƏYATI
İMAM MƏHƏMMƏD BAQİR ƏLEYHİSSƏLAMIN HƏYATI
İmam Kazim əleyhissəlamın həyatı barədə qısa mə’lumat
İmam Kazim əleyhissəlamın həyatı barədə qısa mə’lumat
İmam Hadinin (ə) təvəllüdü
İmam Hadinin (ə) təvəllüdü
İmam Həsən Əskəri əleyhissəlamın yeddi cəhətli fəaliyyəti
İmam Həsən Əskəri əleyhissəlamın yeddi cəhətli fəaliyyəti
İmam Həsən Əskəri əleyhissəlamın həyatı barədə  məlumat
İmam Həsən Əskəri əleyhissəlamın həyatı barədə məlumat
Daha çox oxumaq istəyirsən? )))